• $
  • €
  • ₽
  • ₺
  • £

Ən çox şikayət daxil olan marşrut xətləri "BakuBus"a verildi - SİYAHI

Ən çox şikayət daxil olan marşrut xətləri "BakuBus"a verildi - SİYAHI
08.02.2020 17:30
Ötən ilin dekabrında 11, 30, 40, 71 və 199 nömrəli müntəzəm marşrut xətləri üzrə elan olunan müsabiqə yekunlaşıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumata görə, nəticələrə əsasən 11, 30 və 40 nömrəli müntəzəm marşrut xətləri üzrə "BakuBus” MMC qalib elan olunub.
Qeyd edilən marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyətinin "BakuBus” MMC tərəfindən həyata keçirilməsi mərhələli şəkildə təmin oluncaq. Bununla bağlı əvvəlcədən ictimaiyyətə məlumat veriləcək.

71 və 199 nömrəli marşrut xətləri üzrə isə daşımalar növbəti müsabiqələr keçirilənədək müvəqqəti olaraq əvvəlki daşıyıcılar tərəfindən icra ediləcək.

Qeyd edilib ki, sərnişindaşımada nəqliyyat xidmətləri üzrə keyfiyyət və təhlükəsizliyin artırılması məqsədilə 12, 24, 32, 35, 67, 93 və 211 nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb. Daxil olan vətəndaş müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib.
 
Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Müsabiqənin şərtləri və qaydaları barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol