Sumqayıtda evdə partlayış: Yaralı var

Sumqayıtda partlayış olub.
Anews.az xəbər verir ki, hadisə şəhərin Yeni Corat qəsəbəsində fərdi yaşayış evlərindən birində baş verib. Belə ki, evin sahibi, 1956-cı il təvəllüdlü Səfərov Rza Fərrux oğlu mətbəxtdə qaz sobasını yandırmaq istəyərkən partlayış baş verib. Hadisə nəticəsində 64 yaşlı kişi 1 və 2-ci dərəcəli yanıq xəsarətləri alıb.
Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra o, Bakı şəhər 5 nömrəli Şəhər Xəstəxanasına göndərilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























