• $
  • €
  • ₽
  • ₺
  • £

Səsvermə başa çatdı

Səsvermə başa çatdı
09.02.2020 19:27
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar keçirilən səsvermə yekunlaşıb.

Saat 08:00-da start verilən səsvermə prosesi saat 19:00-da başa çatıb.

Qeyd edək ki, parlament seçkiləri 125 dairəni əhatə edir və səsvermə 5573 məntəqədə aparılıb. Seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının qərarı ilə 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap olunub.

Bu seçkidə 5 milyon 329 min 460 nəfərə seçkilərdə səsvermə hüququndan istifadə etmək hüququ verilib.

Parlament seçkilərində iştirak edən namizədlərin sayı 1314 nəfərdir. Onlardan 246-sı siyasi partiyaların siyahıları ilə irəli sürülüb. Eyni zamanda namizədlərdən 1 057-i öz təşəbbüsü ilə, 11-i isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Namizədliyi qeydə alınanların 79 faizi kişi, 21 faizi qadınlardır.

Seçkini 77 790 yerli müşahidəçi izləyib. Onlardan 35 152-si siyasi partiyaların müşahidəçiləridir. Bundan başqa, seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib ki, onlar 58 ölkə vətəndaşlarıdır. Prosesi 130-dan artıq beynəlxalq KİV təmsilçisi işıqlandırıb.

Parlament seçkilərində Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc.” təşkilatı ilə birgə, "İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondu Fransanın "Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə və RƏY Monitorinq Mərkəzi "exit poll” keçirib.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol