• $
  • €
  • ₽
  • ₺
  • £

Əcnəbilərdə Azərbaycan haqqında yaranmış 5 mif

Əcnəbilərdə Azərbaycan haqqında yaranmış 5 mif
10.02.2020 20:02
Hər hansı ölkə haqqında fikir bildirmək üçün ora ən azı bir dəfə səfər etmək lazımdır.

Bu bizim ölkəyə də aiddir. Azərbaycanla bağlı əcnəbilərdə müxtəlif miflər yaranıb. Bizimyol.info xəbər verir ki, "Nomads” bunlardan 5-ni seçərək fərqləndirib.
1 – Azərbaycanı kasıb ölkə sayırlar. Elə bilirlər ki, burada pomidordan başqa heç nə yoxdur. Yazıda qeyd olunub ki, əlbəttə, Azərbaycan pomidoruna söz ola bilməz, amma neftin yaratdığı imkanları da unutmaq doğru deyil. Bizim ölkənin ÜDM-ə görə dünyada 71-ci yeri tutduğu, Gürcüstanı, Ermənistanı geridə qoyduğu xüsusi vurğulanıb.
2 – Azərbaycanı müsəlman ölkəsi olaraq təhlükəli hesab edirlər. Yazıda narahatlığa əsas olmadığı, sovet dövrünün dini dayaqları sarsıtdığı önə çəkilib.
3 – Azərbaycanda hələ də müharibə getdiyini düşünənlər var. "Nomads” Dağlıq Qarabağ probleminə diqqət ayırıb. Müharibə şəraitində olduğumuz, amma döyüşlər getmədiyi yazılıb. Yəni turistlər üçün problem yoxdur.
4 – Bəzi soyadlarla Azərbaycana gəlmək mümkün deyil. Yazıda bunun həqiqət olduğu bildirilib. Təbii ki, erməni soyadı olanları gömrükçülərimiz ciddi yoxlamalıdır, lazım gəlsə, ölkəyə buraxmamalıdırlar. Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan gedənlər bura ayaq basa bilməyəcək.
5 – Azərbaycan mətbəxinin Türkiyə süfrəsinin parodiyası olduğu fikri yaranıb. Halbuki həqiqət deyil. Azərbaycan mətbəxində Qafqaz və İran elementləri daha çoxdur. "Nomads” bu fikirdədir. Yazıda pitinin, bir neçə növ plovun dadına baxmaq məsləhət görülür.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol