Cəbhədə gərginlik davam edir

Bu gün saat 23:30-dan başlayaraq, Ermənistan silahlı qüvvələri Ağdamın işğal altında olan Yusifcanlı kəndindən Azərbaycan ordusunun üzbəüz mövqelərini intensiv olaraq avtomat və pulemyotlardan atəşə tutublar.
APA-nın yerli bürosunun xəbərinə görə, eyni zamanda Ağdamın Ergidüzü adlanan ərazisində və rayonun işğal altında olan Başqərvənd kəndi istiqamətində də ermənilər Azərbaycan hərbiçilərinin mövqelərini iri çaplı pulemyotlardan atəşə tutublar.
Bütün hallarda Azərbaycan ordusu tərəfindən düşmənə tutarlı cavab verilib.
APA-nın cəbhə bölgəsində və təmas xəttində olan əməkdaşlarının verdiyi xəbərə görə, Xocavənd, Tovuz və Qazax istiqamətində vəziyyət sabitdir.
APA
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























