• $
  • €
  • ₽
  • ₺
  • £

“Məni söyməyi bitirəndə xəbər edin…” – Erkin Qədirli

“Məni söyməyi bitirəndə xəbər edin…” – Erkin Qədirli
11.02.2020 13:46
"Məni söyməyi bitirəndə xəbər edin, birlikdə işləyək. Sizə lazım olacağam, elə siz də mənə lazım olacaqsınız”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri Respublikaçı Alternativ Partiyasının (REAL) yetkilisi Erkin Qədirli bildirib.

Erkin Qədirli fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 16 saylı Yasamal ikinci seçki dairəsindən " REAL Cümhuriyyətçilər” blokunun namizədi olub. Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı nəticələrə görə 35.6 faiz səslə qalib gəlib.

Seçkidən sonra mətbuat konfransı keçirərək halal qazandığını deyən Erkin Qədirli mandatdan imtina etməyəcəyini bildirib. 
Bundan əvvəl isə hansı hallarda mandatdan imtina edəcəyini açıqlamışdı. 

"Dedi-qodulara deyil, ölçüləbilən nəsnələrə birlikdə baxarıq. İndidən bildirirəm ki, deputat seçilməyim aşağıdakı hallardan birinin baş verməsi fonunda elan olunarsa, deputatlığımdan imtina edəcəyəm: 

1) ATƏT-in mənfi rəyi;

2) dairəmdə karusel və/və ya bülletendoldurma;

3) dairəmdə yerləşən iki hərbi hissədə olan (seçki dislokasiyaları dəyişdirilməsə) şəxsi heyətinin səslərinin mənim xeyrimə yazılması;

4) protokollardakı nəticələrin mənim xeyrimə saxtalaşdırılması”, -deyə Erkin Qədirli bildirmişdi.

İndi ictimai-siyasi seqmentin müxalif kəsimi onu vədinə xilaf çıxmaqda ittiham edir. Ona iradlar bəzi hallarda əndazəni aşır. Erkin Qədirli isə təhqirlərə önəm vermədiyini deyir:
 
"Söyüşlərinizə önəm vermirəm. Məni söyməyinizə baxmayaraq, mənimlə rahat ünsiyyət saxlaya bilərsiniz, çünki bundan sonra mənim sizə vəzifə borcum olacaq. Qarşıda çoxlu iş var. Yaxşı işlər yavaş görülür”.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol