Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyindəki insitutda işçilərə zorla izahat yazdırırlar? - ŞİKAYƏT

Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-tədqiqat İnstitutundan Anews.az-a şikayət daxil olub.
Şikayət "Texniki bitkilərin seleksiyası” şöbəsi ndə baş verən bir sıra qanun pozuntuları ilə bağlıdır.
Edilən şikayətdə adı çəkilən şöbədə dəfələrlə oğurluq hadisələrinin təkrarlandığı, işçilərin tədqiqat işlərini yerinə yetirmədikləri, eyni zamanda qadınların iş vaxtı içki qəbul etdikləri bildirilir.
Şikayətçi deyir ki, yaradılan pambıq sortları saxtalaşdırılır: "Bu şöbənin attestasiyasını Sahib Cabbarov bir qonaqlıqla saxtalaşdırır”.
Onun sözlərinə görə, səsini çıxardan işçilərə isə 25-30 imza ilə akt tərtib edərək işdən çıxartmaqla təhdid edilir: "İşçilərə zorla izahat yazdırırlar. Akta imza çəkməyən işçiləri şöbələrini dəyişdirmək və ya işdən çıxartmaqla təhdid edirlər”.
Şikaytçi deyir ki, şöbə müdiri Ələddin Tağıyev insitutun bundan öncəki direktoru Vüqar Bəşiriovun qərarı ilə səpin vaxtı səpində iştirak etmədiyi üçün bir müddət işdən kənarlaşdırılıb, iş məhkəməyə gedib. Lakin bundan sonra Ələddin Tağıyev vəzifəsinə qaytarılıb və insitutun direktoru olub.
Onun sözlərinə görə, sırf bu məsələyə görə insitutun yeni rəhbərliyi bu şöbədən çəkinir.
Şikayətlə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynovla danışdıq, məsələni tez bir zamanda araşdırıb, açıqlama verəcəyini bildirdi.
Lakin bundan sonra, şikayətçi vəziyyətin daha da qəlizləşdiyini bildirir.
Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinə zəngdən sonra , insituta nazirliyin nümayəndəsi gəlib və insitut rəhbərliyi ilə birgə iclas keçirilib.
"İclasda yenə bir qrup adam mənə qarşı ifadə verdilər, iclas bitdikdən sonra şöbə müdirim, hüquqşünas rəhbərlik otağa toplanıb protokol tərtib etdilər. Protokolu da mənə göstərmədilər. Belə baxıram ki, mənə qarşı istifadə edəcəkləri sənədlərin sayın artırırlar. Görün, Kənd Təsərrüfatı Nazirliyi nə günə qalıb, nazirlikdən gələn Fərman müəllim şöbə müdirimdən soruşur ki, bəlkə bir neçə işçiyə töhmət verək? Müdir də deyir ki, yox, mümkün deyil, onlar da gedib şikayət edəcək”, - deyə şikayətçi bildirib.
Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-tədqiqat İnstitutunun Texniki bitkilərin seleksiyası şöbəsinin müdiri Ələddin Tağıyevin də məsələyə münasibətin öyrəndik.
Tağıyev iddialarla razılaşmır.
Onun sözlərinə görə, sortların saxtalaşdırılmasına və işçilərin iş vaxtı içki qəbul etməsinə dair iddialar həqiqəti əks etdirmir.
"Heç bir sort saxtalaşdırılmır, sortlar yığılır Aqrar Xidmətlər Agentliyinə təqdim edilir. Agentlikdə yoxlanışdan keçdikdən sonra, istifadə olunur. Qaldı işçilərin içki qəbul etməsinə. Burada demək olar ki, işçilərin əksəriyyəti xanımlardır. Bir nəfər var, o içki həvəskarıdır, xoşlayır və çox içir. Ancaq o da iş vaxtı içmir, mən ona deyə bilmərəm evdə içmə”, - deyə Ələddin Tağıyev bildirib.
Samirə Əliyeva
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib