Xəzərdəki bu görüntülər hər kəsi DƏHŞƏTƏ GƏTİRDİ - VİDEO

Qazaxıstanın cənub-qərbində Xəzər dənizinin sahili al qırmızı rəngə boyanıb
Day.Az xəbər verir ki, bu barədə "Xabar24" telekanalı məlumat yayıb.
Xəzərin rənginin dəyişməsi Aktau sakinlərini qorxudub.
Ekoloqlar isə insanları sakitləşdirərək vəziyyətin qorxulu olmadığını açıqlayıblar. Məlumatlara görə, bu, təbii hadisədir və hər il müşahidə edilir. Mütəxəssislər Xəzərin qırmızı rəngə boyanmasının səbəbini rəngli yosunlarla əlaqələndirirlər. Belə ki, bol çiçəkləmə zamanı yosunlar suyun səthinə çıxırlar.
"Xəzər dənizinə qızartını yosunlar verir, onların 25-dən çox növü var: laurensiya, polisifoniya, melobeziya və başqaları.
Onlar dayazlıqda artırlar və suya belə çalar verirlər. Yanvarda monitorinq keçirirdik, artıq suyun səthində qızartılar vardı. Əgər, sahil boyunca gəzsəniz, görərsiniz ki, qışda Xəzərin qırmızı rəngə boyanması daha nəzərəçarpan olur. Çünki yosunların çiçəkləmə dövrü qış aylarına təsadüf edir".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























