Bakı məktəbində valideyn nəzarətçini döydü

Nizami rayonu 251 nömrəli tam orta məktəb təhsil ocağında baş verən hadisəyə münasibət bildirib.
Məktəbdən "Report”a verilən məlumata görə, 10.02.2020-ci il tarixdə, saat 13:00-da valideyn və texniki işçi (qapıçı) xanımlar arasında anlaşılmazlıq yaranıb:
"Uşaqların dərsdən çıxan vaxtı valideyn məktəbin giriş qapısında şagirdlərin hərəkətinə mane yaratdığına görə texniki işçi ona iradını bildirib. Valideyn isə israr edərək məktəbə daxil olmaq istədiyini söyləyib.
Son nəticədə həmin valideyn texniki işçinin saçından tutaraq ona qarşı fiziki zorakılıq edib.
Qapıçı xanım da bununla bağlı əsəbi vəziyyətdə polisə müraciət edib”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























