• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan hücuma keçdi - YENİLƏNİB

Azərbaycan hücuma keçdi - YENİLƏNİB
02.08.2014 14:33
“Azərbaycan ordusu Ermənistanın döyüş mövqelərini atıcı silahlardan və artilleriya qurğularından atəşə tutmağa başlayıb. Azərbaycan ordusu qumbaraatanlardan, minaatanlardan, zenit qurğularından, termobarik qumbaralardan atəşə tutur”.

Virtualaz.org saytı erməni nəşrlərinə istinadən xəbər verir ki, bu bəyanatla bu dəqiqələrdə Ermənistanın Müdafiə Nazirliyi çıxış edib.

***

Azərbaycan Silahlı Qüvvələri düşmənin istənilən istiqamətdə hərəkətlərinin qarşısını almaq üçün sərəncamında olan istənilən silah və sursatdan istifadə etməyə hazırdır.Bunu Trend-ə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı kütləvi informasiya vasitələrində Ermənistan Müdafiə Nazirliyinə istinadən Azərbaycan Ordusunun ermənilərin hərbi mövqelərini artilleriya silahlarından, qumbaraatan, minaatan, zenit qurğuları və digər iriçaplı silahlardan atəşə tutduğu və bunun nəticəsində Ermənistan tərəfinin böyük itkilər verdiyi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.Azərbaycan Ordusu tərəfindən cəbhə xətti boyu ağır texnika və ən müasir silahların cəmlənməsi məsələsinə gəlincə, V.Dərgahlı bildirib ki, Azərbaycan öz hərbi texnikalarını ərazisi çərçivəsində hərəkət etdirməyə səlahiyyətlidir: "Keçirilən yerdəyişmələr planlı surətdə və istənilən istiqamətdə aparıla bilər. Biz bununla bağlı heç kimə hesabat verməli deyilik və verməyəcəyik. Azərbaycan Silahlı Qüvvələrinin arsenalında ən müasir silah və texnikalar var və yeri gəldikcə, onlardan düşmənə qarşı istifadə olunur və olunacaq".O, həmçinin qeyd edib ki, Ermənistan silahlı birləşmələri də öz növbəsində, Azərbaycan Ordusunun mövqelərini avtomat silahlardan, snayper tüfənglərindən və müxtəlif iriçaplı silahlardan atəşə tuturlar.ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol