• $
  • €
  • ₽
  • ₺
  • £

Azyaşlıya qızdırılmış şişlə işgəncə verilməsinin TƏFƏRRÜATI

Azyaşlıya qızdırılmış şişlə işgəncə verilməsinin TƏFƏRRÜATI
12.02.2020 11:08
"O ailəni Könülün anası saxlayıb. Ola bilməz ki, uşağa ziyan vursunlar”.

"Anews.az" xəbər verir ki, bu barədə Oxu.Az-a Tərtər rayon Azadqaraqoyunlu kənd bələdiyyəsinin nümayəndəsi doqquz yaşlı T.D.-yə anası tərəfindən işgəncə verilməsi ilə bağlı hadisəyə münasibət bildirərkən deyib. 

Bələdiyyə nümayəndəsinin sözlərinə görə, uşağın anası Könül övladına ziyan vura bilməz:

"Könül Rafiqlə evləndikdən sonra ailəyə onun anası - Kamilə xanım baxır. Kasıb ailədir. Kənddə elə bir söz-söhbətləri olmayıb. Kənardan eşitdiyim, gördüyüm qədər deyə bilərəm ki, Könül uşağa işgəncə verməz. Amma yəqin, aralarında söz-söhbət olub, ər-arvad bir-birini polisə verib. Onların iki uşağı var. Doqquz yaşlı T. də Könülün doğma uşağıdır. Uşaq anadan olandan ona Könül baxıb. Mən onun uşağa işgəncə verdiyinə inanmıram”.

Bələdiyyə nümayəndəsi Könül və Rafiqin ayrı yaşadığını da deyib:

"Rafiq Bərdə rayonunun Soğanverdilər, Könül isə Tərtər rayonunun Azadqaraqoyunlu kəndində yaşayır. Əslində, ayrılmayıblar, amma indi ayrı yaşamalarının səbəbini bilmirəm. Ailə münasibətlərindən xəbərimiz yoxdur. Heç birinin psixoloji problemi də yoxdur, normal insanlardır”.

Qeyd edək ki, işgəncə verildiyi iddia edilən doqquz yaşlı T. xəstəxanada deyil, vəziyyəti yaxşıdır.

Xatırladaq ki, Azadqaraqoyunlu kənd sakini Dünyamalıyeva Könül Bəhlul qızı yaşadığı evdə himayəsində olan oğlu, 2011-ci il təvəllüdlü T.D.-ni nadinclik etdiyi üçün cəzalandırıb. Qadın şişi qaz sobasında qızdıraraq, azyaşlının bud, çanaq, qol və əlinə basıb.

Hadisədən xəbər tutan uşağın atası Rafiq Dünyamalıyevin şikayətindən sonra Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsilə cinayət işi başlanıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol