• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank Bakıda keçiriləcək paracüdo qran-prisinin tərəfdaşı olacaq

Unibank Bakıda keçiriləcək paracüdo qran-prisinin tərəfdaşı olacaq
12.02.2020 13:22
Unibank 11-12 may 2020-ci il tarixlərində Bakıda keçiriləсək para cüdo üzrə "IBSA Judo Grand Prix Baku 2020” tədbirinin əsas tərəfdaşlarından biridir. Bu məqsədlə Azərbaycan Milli Paralimpiya Komitəsi ilə Unibank arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

"Qafqazinfo” xəbər verir ki, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bildirib ki, Unibank Paralimpiya Komitəsinin ən yaxın dəstəkçilərindəndir. "2018-ci ildən Unibank hər addımlarında Güllə atıcılığı üzrə milli paralimpiya komandasının  yanındadır. Bu səmimi dəstəyin nəticəsində, güllə atıcılığı komandamız son illərdə böyük uğurlara imza atıb. Hər anımızda "Unibank”ı yanımızda görmək çox xoşdur. Paralimpiya komandalarımızın 2020-ci il Tokio Yay Paralimpiya Oyunlarında iştirak üçün bu günədək qazandığı 7 lisenziyadan 2-si məhz "Unibank”ın dəstək verdiyi güllə atıcıları tərəfindən əldə edilib. Mayda keçiriləcək daha bir beynəlxalq yarışda "Unibank”ı yenə yanımızda görməyə çox şadıq”.

Unibank KB İdarə heyətinin sədir Faiq Hüseynov Paralimpiya ailəsi ilə günü-gündən artan əməkdaşlığı çox yüksək qiymətləndirib: "Bizim Milli Paralimpiya Komitəsi ilə əməkdaşlığımız tərəfdaşlıqdan daha da üstündür. Çox şadıq ki, "Unibank”la Komitə arasında bu gün dostluq, doğmalıq münasibətləri formalaşıb. Dəstək verdiyimiz Güllə atıcılığı üzrə milli paralimpiya komandamızın uğurları bizi sevindirir. İnanırıq ki, Tokio-2020-də paralimpiyaçılarımız böyük
nailiyyətlərə imza atacaqlar. Para cüdo üzrə "IBSA Judo Grand Prix Baku 2020”  yarışında iştirak edəcək para cüdoçularımıza da böyük uğurlar arzulayırıq”.
Mayda Bakıda keçiriləcək  para cüdo üzrə "IBSA Judo Grand Prix Baku 2020” yarışına 40-dan çox ölkədən 400-ə yaxın idmançı və nümayəndənin qatılacağı gözlənilir. Bu yarışdan sonra Tokio 2020 Yay Paralimpiya Oyunlarında cüdo idman növü üzrə iştirak edəcək idmançıların adları açıqlanacaq.

Xatırladaq ki, Unibank 2018-ci ilin əvvəllərində Azərbaycan bank sektorunda ən böyük Korporativ Sosial Məsuliyyət layihələrdən birinə imza atıb. 2018-ci ilin mart ayından etibarən bank Güllə atıcılığı üzrə milli paralimpiya komandasının rəsmi dəstəkçisidir. Bu layihəyə dəstəkdə verməkdə məqsəd, Güllə atıcılığı üzrə milli paralimpiya komandasının inkişafına çalışmaqla yanaşı, bu sahədə ölkəmizin beynəlxalq yarışlarda təmsilçiliyinə və uğurlarına kömək göstərməkdir.

Unibank- hər kəsin bankı!

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol