• $
  • €
  • ₽
  • ₺
  • £

“Total saxtakarlıq içində seçki müşahidə etdik” - Hadı Rəcəblinin rəqibi

“Total saxtakarlıq içində seçki müşahidə etdik” - Hadı Rəcəblinin rəqibi
12.02.2020 18:46
74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizəd Rəvan Bəşirov parlament seçkilərinin keçirildiyi 9 fevral gününü faciəvi son adlandırıb.

Bizimyol.info xəbər verir ki, R.Bəşirovun sözlərinə görə, seçki məntəqələrində müşahidə etdikləri qanun pozuntuları ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.
"Bir neçə gündür başım ciddi şəkildə seçki gününə aid qanun pozuntularına, MSK-nın araşdırma üçün namizədlərdən istədiyi materiallara və aktlara qarışmışdı. Seçki gününü faciəvi qiymətləndirirəm. Biz 3 seçki məntəqəsi istisna olmaqla, tam bir total saxtakarlıq içində seçki müşahidə etdik. Tam açıq şəkildə deyirəm ki, bu proseslərin məntiqini anlamaqda əziyyət çəkirəm.
 

 Hadı Rəcəbli

Təəssüf olsun ki, dairənin 39 məntəqəsindən 22 məntəqəsində müşahidə apardıq. 32-si video olmaqla cəmi 68 tutarlı akt, audiovizual material və protokolları digər 74-cü dairə namizədləri kimi biz də MSK-ya həvalə etdik. Madam ki, özləri araşdırmalara səy göstərirlər və bizi buna inandırıblar, biz də qanuni prosedurlara əməl etməyi özümüzə borc bildik. Ümid edirəm ki vətəndaşların seçki hüququnun pozulmamasında bir tək bizim maraqlı olmadığımızı MSK göstərəcək”.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, 74 saylı Lənkəran kənd seçki dairəsindən Rəcəbli Hadı Musa oğlu qalib olub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol