• $
  • €
  • ₽
  • ₺
  • £

"Əlimdəki sənədləri yayacam" - Mübariz Mənsimovdan SƏRT AÇIQLAMA

"Əlimdəki sənədləri yayacam" - Mübariz Mənsimovdan SƏRT AÇIQLAMA
12.02.2020 21:22

"Hər zaman demişəm ki, Allah kiməsə ağıl vermirsə, o insanı ruhən də çirkin yaradır. O insan da ömrü boyu öz səhvlərini başqasına aid edər. Bu gün baş verənlər buna əyani sübutdur”.
 
Pravda.az-ın xəbərinə görə, bunu "Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov deyib.
 
"Bəziləri mənə oxşamağa çalışdı, amma alınmadı. Sizin yolunuz oğurluq, xalqın cibinə girməkdir. Siz səhvən seçilib, vəzifəyə təyin olunanlarsınız. Amma bir gün verdiklərini sizdən geri alacaqlar. Bəlkə bunu mən görmərəm, amma xalq mütləq görəcək. Əslində sizə əsəbləşmirəm, özümə əsəbləşirəm ki, niyə sizi özümə yaxın buraxdım. Sizə inandım, amma sizin əsl simanızı açıb göstərəndə düşmən oldunuz. Mənə ilk savaşı siz açdınız. Artıq mən də lazım olanı edəcəm. Əlimdəki sənədləri yaymağa başlayacam. İllərdir xalqdan nə oğurlamısız, bank hesablarınızda nə qədər pul var və FETÖ-yə nə qədər pul sərf etmisiniz hamısını yayacağam. Mən nəsə etmək istəsəm, mütləq edərəm, bunu siz çox yaxşı bilirsiniz. Hər kəs Türkiyəyə sərmayə yatırmaqdan çəkinəndə sərmayemi bu ölkəyə yatırdım. Çünki mənim Türkiyəyə və onun məhkəməsinə hörmətim sonsuzdur. Axıra kimi sizinlə mübarizə aparacam. Hər şey hüquqi müstəvidə həll ediləcək” – M.Mənsimov qeyd edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol