• $
  • €
  • ₽
  • ₺
  • £

Afrikanın bakılı olan ən zəngin qadınının bank hesablarına həbs qoyulub

Afrikanın bakılı olan ən zəngin qadınının bank hesablarına həbs qoyulub
29.05.2020 11:49
Portuqaliya prokurorları Anqolanın keçmiş prezidentinin qızı, Afrikanın bakılı olan ən varlı qadını İzabel dos Santosun bank hesablarını dondurub.
Bu barədə "Reuters” xəbər yayıb.

Qərar Portuqaliya və Anqola hakimiyyət orqanlarının birgə işi əsasında qəbul edilib.

Beynəlxalq Təhqiqatçı Jurnalistlər Konsorsiumunun araşdırmalarının nəticələrinə görə, İzabella Dos Santos və onun əri, iş adamı Sindika Dokolo qiymətli dövlət əmlaklarını satın alıblar, neft və almazlarla zəngin olan ölkəni dünyanın ən yoxsul ölkələrindən birinə çeviriblər.

Ümumilikdə Anqolanın xəzinəsi 1,6 milyard dollar itirib.

Atası 1979-cu ildən 2017-ci ilə qədər ölkədə hakimiyyətdə olduğu müddətdə İzabella əri ilə birlikdə 41 əyalətdə 400-dən çox şirkətin biznes-imperatorluğunu qurub.

Qeyd edək ki, İzabellanın atası Eduardo Dos Santos 70-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb və burada bakılı Tatyana Kukanova ilə evlənib. Həmin evlilikdən Bakıda qızı İzabella dünyaya gəlib.

Sonradan o, ölkəsinə qayıdıb və prezident olub, on illər boyu Anqolanı idarə edib. Onun qızı isə bizneslə məşğul olmağa başlayıb və sürətlə varlanaraq Afrikanın ən zəngin qadınına çevrilib./



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol