• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda taksilərə vahid tarif tətbiq olunacaq? - AÇIQLAMA

Bakıda taksilərə vahid tarif tətbiq olunacaq? - AÇIQLAMA
13.02.2020 14:55
Ölkədə taksi sürücüləri ilə yanaşı, taksi fəaliyyəti ilə məşğul olan şirkətlər də çoxdur. Bəzən həmin şirkətlər daha çox müştəri cəlb etmək üçün fərqli qiymətlər təklif edirlər.

Yeniavaz.com xəbər verir ki, artıq bir müddətdir taksi fəaliyyətindəki pərakəndəliyə son qoymaq üçün Bakıda fəaliyyət göstərən taksi xidmətlərinin vahid tarifdə xidmət göstərəcəyi, gecə və gündüz tarifi üçün taksimetrlərin istifadəsi haqqında müzakirələr gedir.

Elə bununla bağlı olaraq Bakı Nəqliyyat Agentliyi (BNA) taksi tariflərinin tətbiqi üçün işlərə başlayıb. Belə ki, iqtisadi baxımdan əsaslandırılmış tariflərin ilin ilk rübü ərzində hesablanması və bununla bağlı işlərin ilk 6 ay ərzində tamamlanması nəzərdə tutulur.

Ekspertlər bildirirlər ki,  taksimetrlərin quraşdırılması və vahid tariflərin müəyyən edilməsi aldatma hallarının qarşısını almaqla yanaşı gələcəkdə ölkədə taksi xidmələrinin əlçatanlığının aşağı düşməsinə gətirib çıxara bilər:

"Taksimetrlər quraşdırılarsa pis olmaz, amma vahid tarif sisteminin tətbiqi indiki şərtlər daxilində məqsədəuyğun deyil və iqtisadiyyatın prinsiplərinə də ziddir”. 
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə deyir ki, bu təkliflər planının həyata keçirilməsi ilə taksi sürücüləri şirkətlərin istismarından azad olacaq və müştərilər də vahid qiymətlə istənilən taksidən istifadə edə biləcək.

Sözügedən məsələ ilə bağlı daha ətraflı məlumat almaq üçün Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Mais Ağayev bildirdi ki, bu planla əlaqədar yaxın günlərdə mətbuat konfransı olacaq və ətraflı məlumat veriləcək.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol