Seçki günü məşhur olan kişi barədə maraqlı faktlar - FOTO

9 fevralda ölkəmizdə keçirilən növbədəkənar parlament seçkilərində ən biabırçı hadisə 47 saylı Mingəçevir Seçki Dairəsində yaşandı.
"Yeni Sabah” xəbər verir ki, həmin dairənin 21 saylı məntəqəsinin rəsmi üzvü Mahir Eyyubov müşahidəçilərin gözü qarşısında topa bülleteni qutuya salarkən kameralara tuş gəlib.
Onun həmin görüntüsü sosial şəbəkələrdə ən çox yayılan və müzakirə edilən foto olub.
Məlumata görə, M.Eyyubov rayonda YAP fəallarından biridir və həmçinin həmin DSK-nın sədri Oktay Məmmədovun yaxın adamıdır. Məlumatda M.Eyyubovun YAP Mingəçevir Şəhər Təşkilatının fəal üzvü və Cavanşir Yusubovun ən yaxın dostu olduğu qeyd edilir.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























