• $
  • €
  • ₽
  • ₺
  • £

"Quş qripi" və koronavirus üzrə yüksək riskli məhsulların siyahısı açıqlanıb

"Quş qripi" və koronavirus üzrə yüksək riskli məhsulların siyahısı açıqlanıb
13.02.2020 18:30
"AQTA quş qripi və yeni koronavirus xəstəliyindən ölkə ərazisinin qorunması məqsədilə aparılan mübarizə tədbirləri çərçivəsində "Yüksək patogenli "quş qripi" və koronavirus üzrə yüksək riskli məhsulların siyahısı”nı hazırlayıb".
 
APA xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən mətbuat konfransında deyib. O bildirib ki, "quş qripi" üzrə müxtəlif növlərə aid diri quşlar (bir günlük cücə, damazlıq, ətlik, yumurtalıq quşlar və s., zoopark quşları, vəhşi və ov quşları, inkubasiya yumurtası, süfrə yumurtası və yumurta məhsulları, quş sperması, quş əti (soyudulmuş, dondurulmuş və s.), quş əti məhsulları, quş əti və sümüyünün unu (yem üçün istifadə olunan), quş tükü və lələkləri yüksək riskli məhsullardır.

Sədr koronavirus üzrə yüksək riskli məhsulları da açıqlayıb: "Bu siyahıya isti və soyuqqanlı vəhşi heyvanlar, zoopark heyvanları, vəhşi heyvanların trofeyləri, balıq və balıq məhsulları (soyudulmuş, dondurulmuş və s.), dəniz məhsulları (soyudulmuş, dondurulmuş və s.), heyvan mənşəli ət məhsulları, quş və quş məhsulları daxildir".

Qeyd edək ki, Agentlik tərəfindən Çində yaranan və dünyanın bir sıra ölkələrinə yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirlərini  gücləndirmək məqsədilə infeksiya riski olan ölkələrdən Azərbaycana diri heyvanların, balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol