• $
  • €
  • ₽
  • ₺
  • £

İranın Azərbaycandakı səfiri ATU-da olub

İranın Azərbaycandakı səfiri ATU-da olub
13.02.2020 21:00
İran İslam Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri Cavad Cahangirzadə Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli arasında görüş keçirilib.

Azərbaycan Tibb Universitetindən APA-ya bildirilib ki, görüşdə rektor G.Gəraybəyli ATU-nun ölkə uniersitetləri arasında əcnəbi tələbə sayına görə birinci yerdə olduğunu qeyd edib: "Bizdə 6000-ə yaxın tələbə təhsil alır. Onlardan 2404-ü xarici vətəndaşlardır. Bizim İranın bir çox universitetləri ilə sıx əlaqələrimiz var. Amma mən istərdim ki, bu əlaqələr təkcə tələbə mübadilələri və ya birgə tədbirlərin keçirilməsi ilə yekunlaşmasın, həmçinin gələcəkdə birgə elmi işlərin aparılmasında, tələbələrin elmi işlərə cəlb olunmasında da rolu olsun. Biz universitet olaraq, xarici tələbələrin rahatlığı üçün qəbul qaydalarını da dəyiişdik. Tam şəffaf olan skype intervu sisteminə keçdik, keçid şərtləri, balları qoyduq”.

Rektor Gəray Gəraybəyli ATU-da ümumi 784 nəfər iranlı vətəndaşın təhsil aldığını qeyd edib. Onlardan 562-si tələbə, 211-i hazırlıq kurs dinləyicisi, 11-i rezidentlərdir.

İran Islam Respublikasının Azərbaycandaki səfiri Cavad Cahangirzadə bildirib ki, Gəray Gəraybəyli rektor təyin edildikdən sonra universitetdə ciddi dəyişikliklər hiss olunur: "Bizə gələn tələbə, valideyn şikayətləri olduqca azalıb, hətta yox səviyyəsindədir. Buna görə sizə təşəkkür edir və köməklik etmək istəyirik".
İranda olduqca inkişaf emiş universitetlər, klinikalar olduğunu deyən səfirin sözlərinə görə, İrandan Azərbaycanda 800 tələbə təhsil alır ki, onların da 784-ü ATU-dadır. Səfir diplomların tanınması üçün bir sıra addımlar atıımasının vacibliyini vurğulayıb.

 Qeyd edək ki, görüşdə İran islam Respublikasının Azərbaycandaki səfirinin müavini Yusif Kordi, ATU-nun ümummi işlər üzrə prorektoru Tahir Vəliyev, beynəlxalq əlaqələr ürə prorektoru, dosent Orxan İsayev, xarici tələbələrlə iş üzrə dekan, dosent Qorxmaz Əhmədov da iştirak edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol