Bakıda xəstəxananın dam örtüyünün bir hissəsi qopub

Bakıda xəstəxana binasının dam örtüyünün bir hissəsi yerindən qopub.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda altımərtəbəli xəstəxana binasının dam örtüyünün bir hissəsinin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.
Xilasedicilər qopan hissəni yerinə bərkidib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib