• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda polis əməliyyat keçirdi - Saxlanılanlar var

Bakıda polis əməliyyat keçirdi - Saxlanılanlar var
15.02.2020 10:46
Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən Redaktor.az-a verilən məlumata görə, Pirallahı Rayon Polis Şöbəsinin (RPŞ) Cinayət axtarış bölməsi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb.

Əməliyyat zamanı əvvələr Cinayət Məcəlləsinin (CM) 177-ci (oğurluq) maddəsi ilə məhkum olunan 1996-cı il təvəllüdlü Ə.E-nin mənzilindən 41,567 qram tiryək, 0,12 qram metafon, 400,912 qram marixuana aşkar olunaraq götürülüb.

Bundan əlavə, Binəqədi Rayon Polis İdarəsi (RPİ) Post Patrul Xidməti (PPX) rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsi gecə saatlarında aşkarlayaraq 43-cü Polis Bölməsinə (PB) təhvil veriblər. Rayon ərazisində özünü şübhəli aparan şəxs polis əməkdaşlarının diqqətini cəlb edib. Polisin təqibindən xilas olmaq üçün müxtəlif bəhanələr uyduran Mingəçevir şəhər sakini, əvvələr CM-nin 331-ci maddəsi ilə məhkum olunan 1992-ci il təvəllüdlü A.M-dan 1,189 qram heroin aşkar olunaraq götürülüb.

Eyni zamanda Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ələt qəsəbə sakini, 1982-ci il təvəllüdlü E.İ-dən 0,520 qram heroin, 0,777 qram metamfetamin aşkar olunaraq götürülüb.
Hər üç faktla bağlı araşdırmalar davam etdirilir.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol