• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir neçə deputatlığa namizəd prezidentə MÜRACİƏT ETDİ

Daha bir neçə deputatlığa namizəd prezidentə MÜRACİƏT ETDİ
29.05.2020 04:47
54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən qeydə alınmış müstəqil namizədlər Prezident İlham Əliyevə müraciət edib.

Cebhe.info-nun xəbərinə görə, müraciətdə bildirilir:

"Biz-54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən qeydə alınmış müstəqil namizədlər təbliğat-təşviqat dövrü və seçki günü bir sıra ciddi qanun pozuntuları və seçki saxtakarlığı ilə qarşılaşmışıq. Bu qanun pozuntuları və saxtakarlıq faktları aşağdakılardır:

1. Təbliğat-təşviqat dövrün və seçki günü namizəd Sadiq Qurbanovun xeyrinə yerli icra orqanlarının prosesə kobud müdaxiləsi;
2. Seçki qutularına topa bülleten atılması;
3. Əvvəlcədən kütləvi halda bülletenlərin sol küncünün kəsilməsi;
4. Məntəqələrdə elektrik enerjisinin olmaması və səslərin qaranlıq şəraitdə sayılması;
5. Qeydə alınmış namizədə xəsarət yetirməklə fiziki təzyiqlər;
6. Vəkil edilmiş səxslərə,səlahiyyətli nümayəndələrə və müşahidəçilərə təzyiqlər;
7. Rayon ərazisində olan şirkət və dövlət idarələrinin rəhbərlərinə Sadiq Qurbanova səs verilməsi ilə bağlı təzyiqlər”.

Deputatlığa qeydə alınmış namizədlər qeyd edib ki, qanun pozuntuları ilə bağlı Mərkəzi Seçki Komissiyasına dəfələrlə müraciət olunub:

"Əlimizdə olan video-foto faktları araşdırılması üçün bu quruma təqdim etmişik. Şabran və Siyəzən rayonlarında yaşayan 52 315 seçicinin iradəsini nəzərə alaraq xahiş edirik ki, qanun pozuntularının obyektiv araşdırılması üçün işi nəzarətə götürəsiniz”.

Bu dairədən olan namizədlər arasında tanınmış telejurnalist İlkin Xəlilov və əməkdar artist Elza Seyidcahan da var.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol