• $
  • €
  • ₽
  • ₺
  • £

Bu şəxslərə icbari tibbi sığorta xidməti pulsuzdur

Bu şəxslərə icbari tibbi sığorta xidməti pulsuzdur
29.05.2020 08:45
Hazırda Azərbaycanda icbari tibbi sığorta xidməti göstərilən şəxslərin 28 faizi uşaqlardır.

Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov Bakıda keçirilən Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlar üçün 2-ci "Fərqli fərdlər” Konqresində çıxışı zamanı deyib.

Ş.Eyvazov bildirib ki, yanvarın 1-dən Azərbaycanda mərhələli şəkildə icbari tibbi sığortanın tətbiqinə başlanılıb:

"Artıq 23 rayon və şəhərdə ümumilikdə 2 milyondan çox Azərbaycan vətəndaşına icbari tibbi sığorta xidməti göstərilir. Həmin şəxslərin 28 faizi uşaqlardır. Ölkədə 18 yaşına kimi uşaqlara göstərilən xidmət tam ödənişsizdir".

Agentlik rəsmisi qeyd edib ki, agentliyin tərkibində yaradılan Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə 3000-dən çox tibb müəssisəsinin idarəedilməsi həvalə olunub. Onların arasında uşaq bərpa müalicə mərkəzləri, uşaq poliklinikaları, xəstəxanaları, psixonevroloji uşaq evləri və digər tibb müəssisələri var.

Ş.Eyvazovun sözlərinə əsasən, bu gün xüsusi qayğıya ehtiyacı olan uşaqlar dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub. Fərdi özəlliyi olan uşaqlarda özünəinam hissi yaradılmalı, onların təhsilinin keyfiyyəti yüksəldilməlidir. Onlar özünü təcrid olunmuş kimi deyil, cəmiyyətin aktiv bir üzvü kimi hiss etməlidirlər: "Təsadüfi deyil ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılandan onun fəaliyyətinin ilk istiqamətlərindən biri uşaqların sağlamlığının təmin edilməsi olub".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol