• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət qurumlarında ciddi nöqsanlar aşkarlandı

Dövlət qurumlarında ciddi nöqsanlar aşkarlandı
01.08.2014 18:47

Hesablama Palatası 2014-cü ilin 6 ayı üçün maliyyə-büdcə nəzarət tədbirləri ilə bağlı məlumat yayıb. Lent.az-ın məlumatına görə, cari ilin ilk 6 ayı ərzində Palata tərəfindən iş planına uyğun olaraq 48 nəzarət tədbiri başlanılıb. Onlardan 27-sinin nəticələri üzrə qərar qəbul olunub. Həyata keçirilməsi qərara alınmış tədbirlərin 4-ü dövlət büdcəsinin gəlirlərini, qalan 43-ü dövlət büdcəsinin, biri Dövlət Sosial Müdafiə Fondunun  xərclərini əhatə edib. Hesabat dövrü ərzində dövlət büdcəsinin xərclərini əhatə edən audit tədbirləri ilə yanaşı, bir ekspert-analitik təhlil də başa çatdırılıb.Qərar qəbul edilmiş nəzarət tədbirlərinin əhatə etdiyi ümumi məbləğin 10,1%-ni sosial xərclər, 61,8%-ni əsaslı vəsait qoyuluşları təşkil edib. Audit olunan vəsaitin 80,8%-i mərkəzləşdirilmiş xərcləri, 19,2%-i yerli xərcləri əhatə edib.Nəticələri barədə qərar qəbul olunmuş nəzarət tədbirləri üzrə Hesablama Palatası tərəfindən müvafiq qurumlara 36 təqdimat göndərilib.

Bəzi nəzarət tədbirlərinin nəticələrinin hesabat dövrünün sonunda müzakirə olunduğunu nəzərə alsaq, 23 tədbir üzrə kollegiya qərarının icrası ilə bağlı Palataya təqdim edilmiş məlumatlara əsasən, 2014-cü ilin ilk 6 ayı üçün ümumilikdə 1479,8 min manat məbləğində vəsaitin bərpası, yerinə yetirilməmiş iş və xidmətlər üzrə 108,8 min manat məbləğində işlərin və xidmətlərin görülməsi, 1128,7 min manat məbləğində çatışmayan və ya müqavilə öhdəliklərinin yerinə yetirilməsi təmin olunmayan inventar və avadanlıqların, dərman vasitələrinin büdcə təşkilatlarına təhvil verilməsi təmin edilib, 270,5 ştat vahidi azaldılıb.

Audit tədbirlərinin nəticələrinə əsasən, ötən hesabatlarda qeyd olunmuş  nöqsanlarla yanaşı, əmək haqqı ödənişlərinin, inzibati xarakterli xərclərin (ezamiyyə, yanacaq və s.) və görülmüş iş və xidmətlərin  hesablanması zamanı artıq ödəmələrə yol verilməsi, büdcə təşkilatları tərəfindən dövlət satınalmalarında hesabatlılığın təmin edilməməsi, malların (iş və xidmətlərin) alışı zamanı rəqabətsiz satınalma metodlarına üstünlük verilməsi, vəsaitlərdən səmərəli və nəticəli istifadə edilməməsi hallarına  da rast gəlinib. 

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol