• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda aksiya: Etirazçıları Kürdəmirə, Yevlaxa apardılar - VİDEO

Bakıda aksiya: Etirazçıları Kürdəmirə, Yevlaxa apardılar - VİDEO
28.05.2020 20:48
Bir qrup deputatlığa namizəd və siyasi fəallar növbədənkənar parlament seçkilərinin nəticələrinə etiraz olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) inzibati binasının qarşısında etiraz aksiyası keçiriblər.

Bizimyol.info xəbər verir ki, etirazçılar "Azad seçki", "Vətəndaşa əl qaldırma" şüarları səsləndiriblər. MSK-ya bitişik ərazilər Daxili İşlər Nazirliyinin Çevik polis alayının əməkdaşları tərəfindən nəzarətə götürülüb.
Aksiyadan əvvəl saxlanılanlar olub.
Deputatlığa keçmiş namizəd Rəbiyyə Məmmədova deyib ki, onlar seçkidə baş verən qanunsuzluqlarına etiraz edirlər.
Mərkəzi Seçki Komissiyasının qarşısında olan ərazi nəqliyyatın və piyadaların hərəkəti üçün bağlanıb. Sərnişin avtobusuna zorla mindirilən etirazçılar Abşeron, Şamaxı, Hacıqabul, Kürdəmir və Yevlax rayonlarına aparılıblar.
Qeyd edək ki, Bakının mərkəzində, 28 May metro stansiyasının ətrafında çevik polis alayının əməkdaşları, o cümlədən, polis toplaşdığını müşahidə edib. Ərazidə avtobuslar və polis maşınları da var, əməkdaşımız bildirib.
Xatırladaq ki, təşkilatçılar etiraz aksiyası üçün Bakı Şəhər İcra hakimiyyətindən şəhər mərkəzində yer ayrılmasını istəsə də, paytaxt rəhbərliyi mitinqi mərkəzdən 20 kilometr aralıda yerləşən Lökbatanda keçirməyi təklif edib.
Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib ki, bu gün bir qrup şəxs əvvəlcədən rəsmi qaydada xəbərdar olunmalarına baxmayaraq saat 15 radələrində Mərkəzi Seçki Komissiyasının inzibati binasının önünə toplaşmağa cəhd edib: "Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və onlar ərazidən kənarlaşdırılıblar. Bu zaman ciddi qanun pozuntusu qeydə alınmayıb, saxlanılan və xəsarət alan olmayıb”.
 
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol