• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı Rusiyada bir ailənin iki üzvünü öldürüb intihar etdi -VİDEO

Azərbaycanlı Rusiyada bir ailənin iki üzvünü öldürüb intihar etdi -VİDEO
17.02.2020 11:14
Rusiyanın Kalininqrad şəhərində azərbaycanlı qətl törədib.

Kaliningrad.kp.ru-nun xəbərinə görə, hadisə Professor Baranov küçəsində yerləşən Mərkəzi bazarın avtodayanacağında baş verib.

Meyvə-tərəvəz ticarəti ilə məşğul olan Azərbaycan vətəndaşı - 63 yaşlı Fazil Bəhramov "Vepr” ov karabinindən bazarda alver edənlərə atəş açıb.
Nəticədə Vadim Yanqolenko adlı şəxs ölüb, onun arvadı Darya Yefimova isə ayağından yaralanıb.

Hamilə olan D.Yefimovanın yalvarışlarına baxmayaraq, F.Bəhramov bir güllə də vuraraq qadını öldürüb.

V.Yanqolenko və D.Yefimovanın yaralanan altıncı sinifdə oxuyan oğlu isə qaçaraq canını qurtara bilib.

Qətli törədən F.Bəhramov sonda sinəsinə güllə vuraraq intihar edib. O, xəstəxanada ölüb.

F.Bəhramovun evində aparılan axtarışlar zamanı məktub tapılıb. Məktubda "artıq boğaza yığılmışam”, "qisas” kimi sözlər yazılıb.

Məlum olub ki, D.Yanqolenko ilə F.Bəhramov arasında 2016-cı ildən bazarda yer üstündə konflikt olub. O zaman Yanqolenko Bəhramovu döyüb.
F.Bəhramovun şikayəti əsasında hadisə ilə bağlı cinayət işi açılıb. Məhkəmə qərarına görə, D.Yanqolenko F.Bəhramova təzminat ödəyib və məsələ onların barışması ilə bitib. Bundan sonra onların arasında ünsiyyət olmayıb.

Bazarda işləyənlərin sözlərinə görə, hadisədən bir neçə ay əvvəl F.Bəhramov bazara gələrək Yanqolenko və Yefimova ilə dalaşıb.
Hazırda hadisənin təfərrüatları araşdırılır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol