• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-Quba yolunda ağır qəza: Polislər yaralandı - VİDEO

Bakı-Quba yolunda ağır qəza: Polislər yaralandı - VİDEO
28.05.2020 20:09
Ötən gün Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Bakı-Quba yolunda qeydə alınıb.
İlkin məlumata görə, qəzaya səbəb qoşqulu yük maşınının yolun hərəkət istiqamətində dayanması olub.

Hadisə ilə bağlı Oxu.Az-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, qəzaya səbəb sərxoş sürücünün idarəetməni itirməsi olub:

"Qəza dünən Bakı-Quba yolunun 92-ci kilometrliyində qeydə alınıb. Fotoda gördüyünüz qoşqulu yük maşını nasazlıq səbəbindən yolun hərəkət istiqamətində dayanıb. Yol Patrul Xidmətinin (YPX) avtomobili isə yük maşınının arxasında dayanıb mayakları yandırmaqla, digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməyə çalışıb.

Ərazidən keçən 10 GX 464 dövlət nömrə nişanlı "Mercedes” markalı minik avtomobilinin sürücüsü sərxoş vəziyyətdə olduğundan idarəetməni itirib və YPX avtomobilinə çırpılıb. Qəza nəticəsində YPX avtomobilində xidmət aparan 2 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol