Koronavirusla mübarizə üçün ilk dərmanın istehsalına başlandı

Çinin şərqində Tayçjou əyalətində koronavirusla mübarizədə təsirli ola biləcək ilk dərmanın istehsalına başlanılıb.
Bu barədə "RİA Novosti” xəbər yayıb.
Bildirilir ki, "Zhejiang Hisun Pharmaceutical” şirkəti tərəfindən hazırlanmış "Faveylavey” dərmanı (əvvəllər "Favipiravir” ya da "Fapilavey”) Çinin Dövlət Dərman vəsaitlərinə və Qida məhsullarına nəzarət İdarəsi tərəfindən təsdiq olunub.
İstehsal edilən dərmanın koronavirusun müalicəsində və qarşısının alınmasında mühüm rol oynaya biləcəyi qeyd olunur.
Çin Elm və Texnologiya Nazirliyi yanında Milli Biotexnoloji İnkişaf Mərkəzinin direktoru Çjan Sinmin tədqiqatlar zamanı bir neçə növ dərmanın, o cümlədən "Remdesivir” və Yaponiyada istehsal olunan "Favipiravir” dərmanının koronavirusun müalicəsində klinik effekt göstərdiyini bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























