11 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi dəyişdirilib

Ədliyyə Nazirliyi Penitensiar xidmətdə yeni təyinat olub.Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general leytenantı Mədət Quliyevin əmri ilə Penitensiar xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsini icra edən, ədliyyə polkovnik-leytenantı Rasim Bayramov başqa işə keçirilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilib. Həmin vəzifənin müvəqqəti icrası ədliyyə polkovnik-leytenantı Mahir Əliyevə həvalə edilib.Qeyd edək ki, M. Əliyev 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəis müavini vəzifəsində çalışırdı.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























