• $
  • €
  • ₽
  • ₺
  • £

“QİDA” Payız Sessiyası açıq elan edildi

“QİDA” Payız Sessiyası açıq elan edildi
29.05.2020 01:18
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə “QHT-lərin İdarəetmə Akademiyası” – nın (QİDA) Payız Sessiyası çərçivəsində “QİDA” Payız Akademiyasını təşkil edəcək.8-12 sentyabr 2014-cü il tarixlərində Lənkəran şəhərində təşkil olunacaq “QİDA” Payız Akademiyasının məqsədi gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi və təlim alətlərinin reallaşması nəticəsində gənclər təşkilatlarının potensialının artırılmasıdır. Tədbir 18-29 yaşlı gənclər, eləcə də təşkilatların rəhbər vəzifələrində çalışan, layihə tərtibatı, icrası və hesabatlığı ilə məşğul olan şəxslər üçün nəzərdə tutulub.“QİDA” Payız Akademiyası 2 hissədən – təlim tədris və mədəni-idman proqramlarından ibarət olacaq. Təlim-tədris proqramı çərçivəsində iştirakçılara “QHT-nin İdarəetməsi” və “Layihənin İdarəetməsi” mövzularını əhatə edən tədris blokları üzrə müxtəlif yerli və beynəlxalq qurumların sözü gedən sahələr üzrə təcrübəli mütəxəssisləri tərəfindən təlimlər keçiriləcək. Mədəni-idman proqramı çərçivəsində iştirakçılar əldə etdikləri bilikləri müxtəlif əlaqədar oyunlar vasitəsi ilə tədbiq etmək və intellektual mühitdə istirahət etmək, yeni əməkdaşlıq əlaqələri qurmaq imkanı əldə edəcəklər.Qeyd olunan təlim bloklarından birini seçib, qeydiyyatdan keçərək Akademiyada iştirak etmək üçün namizəd ola bilərsiniz. “QHT-nin İdarəetməsi” təlim blokunda iştirak etmək üçün www.qht-qida.nayora.az ünvanından, “Layihənin İdarəetməsi” təlim blokunda iştirak üçün www.layihe-qida.nayora.az ünvanından qeydiyyatdan keçmək lazımdır.Akademiyada iştirak üçün son müraciət tarixi 03 avqust 2014-cü il tarixi saat 18:00-dur.Məlumat üçün qeyd edək ki, 2012-ci ildən start götürən “QHT-lərin İDarəetmə Akademiyası” (QİDA) Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) 3G strategiyasının gənclər təşkilatları institutunun gücləndirilməsi istiqaməti çərçivəsində həyata keçirilir. QİDA çərçivəsində 2 il ərzində 120 gənclər təşkilatının 260 nümayəndəsi 18 sessiyada iştirak etmiş və Akademiyanın məzunu olmuşdur.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol