• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR-dan azərbaycanlıları işlədib pulun verməyən Kanada şirkəti ilə bağlı AÇIQLAMA

SOCAR-dan azərbaycanlıları işlədib pulun verməyən Kanada şirkəti ilə bağlı AÇIQLAMA
18.02.2020 16:57
Azərbaycan Dövlət Neft Şirkəti Kanadanın "Zenith Aran Oil Company” şirkətinin 168 nəfər azərbaycanlı işçini işlədib pulunu verməməsinə dair yayılmış xəbərə münaisbət bildirib.

Anews.az-a  SOCAR-ın mətbuat xidmətindən daxil olan məlumatda bildiriblər ki, Zenith Aran Oil Company şirkəti dövlət qarşısında hasilatla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə sazişin hasilata aid olan hissəsinə xitam verilib.

Məlumatda bildirilir ki, kəşfiyyatla bağlı dövlət qarşısında olan öhdəlikləri yerinə yetirmək üçün şirkətin bu ilin avqust ayına kimi hələ müddəti var.

"Zenith Aran Oil Company şirkəti ilə hasilatın pay bölgüsü üzrə bağlanan saziş həmin şirkətin Azərbaycan dövləti qarşısında həm hasilat, həm də neft-qaz sahəsində kəşfiyyat işlərinin aparılması ilə bağlı müəyyən öhdəlikləri nəzərdə tutmuşdu. Zenith Aran Oil Company şirkəti dövlət qarşısında hasilatla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə sazişin hasilata aid olan hissəsinə xitam verilmişdir. Ancaq kəşfiyyatla bağlı dövlət qarşısında olan öhdəlikləri yerinə yetirmək üçün şirkətin bu ilin avqust ayına kimi hələ müddəti var. Şirkət də öz növbəsində həmin müddət ərzində kəşfiyyat işlərini aparmaq niyyətini bəyan edib. Buna görə sazişin hasilata aid olan hissəsinə xitam verilsə də, kəşfiyyat işlərinə aid olan hissəsi hazırda hələ qüvvədədir”, - deyə məlumatda qeyd olunur.

SOCAR-ın məlumatında o da qeyd olunub ki, Zenith Aran Oil Company Azərbaycan dövləti və vətəndaşları qarşısında özü üzərinə götürdüyü bütün öhdəlikləri, o cümlədən əmək haqqının ödənilməsi ilə bağlı öhdəliklərini yerinə yetirməlidir. Əgər yerinə yetirmirsə, zərərçəkənlər öz haqqını tələb etmək üçün qanunvericilikdə nəzərdə tutulan prosedur üzrə məhkəməyə müraciət edə bilərlər.

2016-cı il martın 16-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və "Zenith Aran Oil Company Limited” şirkətləri arasında "Muradxanlı”, "Cəfərli” və "Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Sazişi SOCAR prezidenti Rövnəq Abdullayev və "Zenith Aran Oil Company Limited” şirkətinin baş icraçı direktoru Andrea Kattaneo imzalayıblar. Sazişdə "Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus Ortaq Neft Şirkəti isə 20%-lik iştirak payına malikdirlər. Saziş 25 il müddətində qüvvədə olacaq. "Muradxanlı”, "Cəfərli” və "Zərdab” yataqları ümumilikdə 642,4 kvadratkilometr ərazini əhatə edir.

Bu günlərdə Anews.az bir qrup şikayətçi müraciət edərək bildirib ki, şirkət 3 aydır ki, onların maaşlarını vermir və bunu pulun olmaması ilə əsaslandırır.

Həzi

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol