• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Ağciyər İnstitutunda ölənlərin sayı 23-ə çatdı: Dünən və bu gün....

Bakıda Ağciyər İnstitutunda ölənlərin sayı 23-ə çatdı: Dünən və bu gün....
19.02.2020 16:05
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda növbəti ölüm hadisəsi baş verib.

Unikal.org-un əldə etdiyi məlumata görə, xəstəxanada bu gün 1954 və dünən 1978-ci il təvəllüdlü azərbaycan vətəndaşları dünyasın dəyişib. 

Belə ki, xəstə ... oğlu 1954-cü il təv. 13.02.2020-ci il tarixində saat 02.10-da I Reanimasiya şöbəsinə "Ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişli, kəskinləşmə mərhələsi qırtlağın stenozu” diaqnozu ilə yerləşdirilmişdir.

Anamnezindən məlum olmuşdur ki, xəstəyə MOM-də "Qırtlağın xərçəngi” xəstəliyinə görə kimyəvi terapiya təklif olunmuş, lakin xəstə və qohumları bundan imtina etmişdilər.

Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, 19.02.2020-ci il tarixində saat 06.50-də bioloji ölüm qeydə alınıb. Ölümün səbəbi: "Kəskin ağciyər-ürək çatmamazlığı. Qırtlağın Cr-i, stenozla ağırlaşma. Ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişli, subremissiya mərhələsi”

Xəstə ... 1978-ci il təv. ETACXİ-na 18.02.2020-ci il tarixində saat 16.10-da kritik ağır vəziyyətdə daxil olmuş və "İki tərəfli pnevmoniya, ağır gedişli. Kəskin ağciyər-ürək çatmamazlığı. Şəkərli diabet II tip” diaqnozu ilə I Reanimasiya şöbəsinə yerləşdirilmişdir.

Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, 18.02.2020-ci il tarixində saat 19.10-da bioloji ölüm qeyd olunmuşdur.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən məlumatı təsdiqləyiblər. 

Bununla da son iki ayda sözügedən xəstəxanada ölənlərin sayı 23-ə çatıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol