Metroda aparat işləmədi, sərnişinlər pulsuz keçdi

Bakıkart aparatlarında problem yaşandığı üçün sərnişinlər "Neftçilər” və "Qara Qarayev” metrostansiyalarında turniketlərdən ödənişsiz olaraq keçirilib.
Anews.az xəbər verir ki, metropolitenin sözçüsü Bəxtiyar Məmmədov "Qafqazinfo”ya bildirib ki, problem qısamüddətli olub və sərnişinlərin hərəkəti təmin olunub:
"Bakıkart aparatlarında qısamüddətli problem yaranmışdı. Problem aradan qaldırılana kimi sərnişinlər ödənişsiz olaraq stansiyalara buraxılıb. Burada əsas məsələ sərnişinlərin rahat hərəkətini təmin etməkdir ki, onun üçün də hər şey edilib”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























