• $
  • €
  • ₽
  • ₺
  • £

Tələbəyə təqaüd ancaq bir dönərə çatır - ARAŞDIRMA

Tələbəyə təqaüd ancaq bir dönərə çatır - ARAŞDIRMA
20.02.2020 15:45
Azərbaycanda dövlət hesabına və ödənişli əsaslarla təhsil almasından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinin əyani bölümündə  təhsil alan tələbələrə təqaüd onların ümumi orta  göstəricisinə uyğun verilir.  Təqaüd siyahısına daxil olan tələbələrə təqaüdlər semestr üzrə imtahan sessiyasının nəticələrinə və fənlər üzrə göstəricilərinə əsasən müəyyənləşdirilir. Göstəriciləri 91-100 bal olan tələbələr "əlaçı” sayıldıqlarından 127 manat, 71-100 bal olan tələbələr  - "həvəsləndirici” 107 manat, 51-100 bal olan tələbələr -  "adi” 75 manat dəyərində təqaüd alırlar.  

Bəs tələbələr bu təqaüdlərin həcmindən razıdılarmı və bu pul onların aylıq xərclərini nə dərəcədə ödəyir?
 
Azərbaycan Tibb Universitetinin 4-cü kurs tələbəsi Əyyub Eminli təqaüd ala bilmir. O, universitetin təqaüd sisteminin ədalətli olduğunu söyləyir. "Ödənişli yaxud dövlət sifarişli olmasından asılı olmayaraq öz üzərində çalışan tələbələr təqaüd alır. Məsələn, mən ümumi orta müvəffəqiyyət göstəricim aşağı olduğu üçün təqaüd ala bilmirəm.Məncə bu normaldır”.

Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi Əsli İsmayılzadə tələbə təqaüdünə düşən tələbələrdəndir. O, əlaçı olduğu üçün 130 manat təqaüd alır. Əsli İsmayılzadə deyir ki, "oxuyan tələbə təqaüd alır, bu yaxşı haldır. Lakin tələbə təqaüdü çox aşağıdır. Ailə ilə yaşayan tələbələr öz xərclərini bu təqaüd ilə ödəyə bilərlər. Lakin rayondan bura gələn tələbələr bu təqaüdlə Bakıda yaşaya bilmir. Bakalavr üzrə ən yüksək təqaüdü almağıma baxmayaraq bu təqaüdlə aylıq xərclərimi qarşılaya bilmirəm”.   

Azərbaycan Dövlət Neft və Sənaye Ünuversitetinin 4-cü kurs tələbəsi Nəcmi Musazadə "Sabah” qruplarında oxuyur. "Sabah” qruplarında təhsil alan tələbələr göstəricilərinə uyğun olaraq əlavə təqaüd alırlar. "Sabah” qruplarında oxuyan tələbələrə adi və zərbəçi olduqda 50 manat, əlaçı olduqda isə 70 manat əlavə təqaüd verilir. Ailəmlə birlikdə yaşadığım üçün aldığım təqaüd planlaşdırdığım aylıq xərclərimi ödəyir. Lakin ay ərzində planda olmayan başqa xərclərim yaranarsa bunu təqaüdümlə həll etmək mümkün deyil”.

Təhsil eksperti Kamran Əsədov isə, təqaüdün ümumi dəyərinin istehlak səbətindən az olması fikrindədir.  "Azərbaycanda təqaüdlər məbləğinə görə, bir çox ölkələrdən aşağıdadır. Təqaüdlərin verilməsi  Almaniya standartlarına uyğundur. Lakin məbləğ və mexanizmində bir sıra fərqlər var. Azərbaycanda təqaüdlərin verilmə forması rəqabət sxemini formalaşdırır. Dünya standartlarından fərqli olaraq təqaüd alanların ümumi faizi aşağıdır və 31% təşkil edir”.
 
Azərbaycanda tələbələrə təqaüd proqramları təklif edən bir neçə şirkət də var. Azercell, SOCAR, Goldanpay kimi şirkətlər daxili təqaüd proqramları təşkil edirlər.

"Azercell Telekom” MMC-nin təşkil etdiyi tələbə təqaüd proqramında qalib gələn tələbələrə aylıq 200 manat təqaüd almaq imkanı verirlir. Həmçinin qalib gələn tələbələr telekommunasiya sahəsi barədə biliklərini artırmaq, şirkətdə təcrübə keçmək şansı qazanır.

SOCAR-ın təşkil etdiyi tələbə təqaüd proqramında qalib gələn tələbələrə isə aylıq 100 manat təqaüd verilir. Qaliblər test və müsabiqə yolu ilə müəyyən edilir.

Lakin ölkədə minimum əmək haqqının 250 manat olduğunu nəzərə alsaq daxili təqaüd proqramları da bir tələbənin aylıq xərclərini qarşılaması üçün yetərli deyil.  Belə ki, onların dəyəri 100-200 manat arası dəyişir.

 
Əliyə İlyasova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol