• $
  • €
  • ₽
  • ₺
  • £

MSK “Ölüf, ölüf, derəm saa... Qavır daşı da var” videosunu müzakirəyə çıxardı

MSK “Ölüf, ölüf, derəm saa... Qavır daşı da var” videosunu müzakirəyə çıxardı
21.02.2020 16:35
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 107 saylı Qazax seçki dairəsindən qeydə alınmış namizəd Ramil Göyüşovun müraciətinə baxılıb.

Anews.az Modern.az-a istinadən xəbər verir ki, şikayət barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib. O bildirib ki, şikayətçi 12 məntəqə seçki komissiyasında pozuntuların baş verdiyini iddia edərək, videogörüntülər və aktlar təqdim edib.

MSK üzvü qeyd edib ki, araşdırmalar nəticəsində şikayətdə əks olunan pozuntuların böyük əskəriyyəti həqiqəti əks etdirir. B. Əsgərov deyib ki, həmin dairədə çəkilən videogörüntülərdən biri də sosial şəbəkələrdə yerləşdirilən "Ölüf, ölüf, derəm saa... Qavır daşı da var” ifadələri ilə məşhurlaşan videolardır. O deyib ki, videoda öldüyü qeyd edilən vətəndaş əslində həyatdadır:

"Sadəcə o evini atıb, iki övladını da götürərək, Bakıya gedib. Videoda əks olunan vətəndaş qadının öldüyünü məcazi mənada səsləndirib. Biz bir neçə mənbədən təsdiqləmişik ki, həmin xanım həyatdadır”.

B.Əsgərov deyib ki, MnSK üzvünün "o sizin üçün ölüb, bizim üçün yaşayır” ifadəsi də qadının faktiki həyatda olması ilə bağlıdır. İclasda sözügedən video haqqında müzakirələr MSK üzvlərinin gülüşünə səbəb olub.

MSK üzvü diqqətə çatdırıb ki, şikayətçinin əsas iddiası 1, 12, 13, 18 saylı məntəqələrlə bağlıdır. Müzakirələrin yekununda MSK-nın ekspert qrupunun rəyi əsasında namizədin müraciəti qismən təklif edilib.

Beləliklə, 107 saylı Qazax seçki dairəsinin 2 saylı seçki məntəqəsinin nəticələri ləğv edilib.
Qeyd edək ki, bu seçki dairəsində lider namizəd Səməd Seyidovdur.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol