• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın alacağı hərbi təyyarə bu üstünlüklərə malikdir - ARAŞDIRMA

Azərbaycanın alacağı hərbi təyyarə bu üstünlüklərə malikdir - ARAŞDIRMA
21.02.2020 17:36
Azərbaycan İtaliyadan "M-346" təyyarələrinin inteqrasiya sistemini alacaq.

"Report" xəbər verir ki, 2010-ci ildən seriyalı istehsalına başlanılan İtaliyanın "Leonardo S.p.A" şirkətinin məhsulu olan "M-346" təlim təyyarəsi öz sinfində ən yaxşılardan biri hesab olunur. 

"M-346" təyyarəsini texniki xüsusiyyətlərinə görə, döyüş aviasiya vasitəsi də hesab etmək olar. Belə ki, təyyarənin aşağı hissəsinə silahın inteqrasiya olunması üçün 5 asqı mövcuddur, o cümlədən effektiv hava hədəflərini məhv etmək üçün "hava-hava" raketləri ilə də təchiz edilə bilir. 

Bundan başqa "M-346"nı yerüstü hədəflərin məhv edilməsi məqsədilə ağıllı bomba və idarəolunan raketlərlə də silahlandırmaq mümkündür. Təyyarənin praktikliyi baxımından isə əsas üstünlüyü "M-346"nın havada yanacaqla təmin edilməsi imkanının mövcud olmasıdır.


Təyyarənin müasir radiolokasiya sistemlərindən yayınması üçün yeni növ aktiv müdafiə sistemləri ilə də təchiz olunub. Bu "M-346" hədəf olmaq şansını aşağı salır. "M-346" sinifində olan digər təyyarələrdən qiymətinə görə də çox baha deyil, ölkələrə döyüş-aviasiya parkının gücləndirilməsinə öz töhfəsini verə bilir. 

Təyyarə İtaliya, İsrail, Sinqapur və Polşa ordularında təlim-döyüş təyyarəsi olaraq istifadə olunur. İki nəfərlik "M-346"nın maksimum surəti 1060 km/saat, uçuş hündürlüyü 13,7 km-dir. Yüksüz təyyarənin çəkisi 4,6 tondur. 

Xatırladaq ki, "M-346" əvvəlcə Rusiyanın "Opıtno-konstruktorskoe buro imeno Yakovleva" konstruktor bürosu ilə birgə layihələndirilməyə başlayıb. Sonradan iki qurum arasında yaranan fikir ayrılığı bu layihənin birgə davam etdirilməsinə imkan verməyib. 


Azərbaycan üçün bu təyyarənin bir özəlliyi də var. Bu, silahlanmamızda olan müasir SOM qanadlı raketinin "M-346" təyyarəsinə inteqrasiya olunma imkanı ilə bağlıdır. SOM-B1 Türkiyənin Müdafiə sahəsində Tədqiqat və İnkişaf Mərkəzi olan TÜBİTAK-SAGE tərəfindən dizayn olunub. O quru, dəniz və hava platformalarından atıla bilən yüksək dəqiqlikli, yeni nəsil qanadlı raketdir.

"M-346" təyyarəsinin əsas texniki göstəricilərini "Report" üçün hazırlayan hərbi ekspert Ramil Məmmədli vurğulayıb ki, bu təyyarənin texniki xüsusiyyətləri onun döyüş məqsədli istifadəsinə də imkan yaradır.

Qeyd edək ki, Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində iki ölkə arasında "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə "Leonardo S.p.A" arasında "M-346" təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı Sazişə dair Bəyannamə” imzalanıb. Sənədi Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və "Leonardo S.p.A”nın icraçı direktoru Alessandro Profumo mübadilə ediblər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol