• $
  • €
  • ₽
  • ₺
  • £

Rəsul Cəfərovun evində axtarış aparılıb

Rəsul Cəfərovun evində axtarış aparılıb
01.08.2014 09:09
Hüquq müdafiəçisi Rəsul Cəfərov bu gün Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verib. APA-nın xəbərinə görə, R. Cəfərov bu barədə “facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat verib. O bildirib ki, idarədə şahid qismində dindirilib və ona ünvanlanmış bütün suallara cavab verib. R. Cəfərov qeyd edib ki, daha  sonra onun mənzilində axtarış aparılıb: “Axtardıqları heç bir sənəd mənzildə yox idi. Bunu əvvəlcədən də demişdim,  amma axtarış da apardılar. Axtarışdan sonra istədikləri sənədlərin bir qismini saxlamağa verdiyim qohumlarımdan götürdüm və Baş Prokurorluğa təqdim etdim. Hər şey qaydasındadır”. R. Cəfərov qeyd edib ki, onun gizlədəcəyi heç nə yoxdur: “ Maliyyə vəsaitləri açıq şəkildə hesaba daxil olub və çıxarılıb. Bütün zəruri maliyyə sənədlərimiz var, fəaliyyətimiz barədə mütəmadi olaraq məlumat veririk. Biz sırf hüquq-müdafiə işi ilə məşğuluq və işimizi davam etdirəcəyik”. Qeyd edək ki, jurnalist Rauf Mirqədirovla bağlı başlanmış cinayət işinin araşdırması zamanı bir çox QHT rəhbəri və jurnalist şahid qismində cəlb edilərək dindirilib. Dünən isə hüquq müdafiəçisi Leyla Yunus istintaqa ifadə verdikdən sonra saxlanılıb və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Onun həyat yoldaşı Arif Yunusla bağlı da iki maddə ilə ittiham irəli sürülüb, lakin səhhəti ilə bağlı başqa yerə getməməsi ilə bağlı izahat alınaraq sərbəst buraxılıb. Bu iş üzrə dindirilmiş digər hüquq müdafiəçisi Mətanət Əzizova isə ölkəni tərk edib.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol