• $
  • €
  • ₽
  • ₺
  • £

“Green Card”a ümid edənlərə PİS XƏBƏR

“Green Card”a ümid edənlərə PİS XƏBƏR
29.05.2020 08:15
Fevralın 24-dən etibarən ABŞ rəhbərliyi xarici vətəndaşlara ölkədə daimi yaşamaq üçün icazələrin verilməsini ("Green Card”) sərtləşdirən yeni qaydalar tətbiq edəcək. Bu da ən çox dövlət müavinətinə güvənən əcnəbilərə toxunacaq.
BAKU.WS "Report”a istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən verilən açıqlamada bildirilir.
Belə ki, ABŞ Ali Məhkəməsi İllinoys ştatı ərazisində bu qaydaların tətbiqinə qadağa qoymağı özündə ehtiva edən son iddianı da rədd edib:
"Ali Məhkəmənin qərarından məmnunuq. Nəticədə, Daxili Təhlükəsizlik Nazirliyi bu qaydaları bazar ertəsindən etibarən tətbiq etməyə başlaya biləcək”- deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, Ağ Ev hələ 2019-cu ilin avqustunda "qrin kart”ların verilməsi qaydalarını sərtləşdirib. Sərəncam oktyabr ayının ortalarında qüvvəyə minməli olsa da, Nyu-Yorkdakı İkinci Dairə Apelyasiya Məhkəməsi sərəncamı əngəlləyib.
Yeni qaydalar "qrin kart”ların verilməsindən imtina qərarına təsir edən amillərin siyahısını xeyli genişləndirir. Məsələn, "Medicaid” güzəştli tibbi sığortasından istifadə və qida talonları alınması proqramında iştirak nəzərə alınacaq.
Mənfi xarakteristikalar içərisində özəl tibbi sığortanın olmaması, ingilis dilini kifayət qədər bilməmək və əmək bazarına çıxışın olmamağı da nəzərdən keçiriləcək.
Qeyd edək ki, hər il, təxminən, 544 min miqrant "qrin kart” üçün müraciət edir, dəyişikliklər isə 382 min insana təsir edə bilər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol