• $
  • €
  • ₽
  • ₺
  • £

Kriminal avtoriteti güllələyən şəxs "dəlixana"ya göndərildi - QƏRAR

Kriminal avtoriteti güllələyən şəxs "dəlixana"ya göndərildi - QƏRAR
24.02.2020 11:47
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabadda silahlı insidentdə təqsirləndirilən İlqar Həsənovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

BakuPost-un məlumatına görə, hakim Elxan Süleymanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İ. Həsənov hadisəni anlaqsız vəziyyətdə törətdiyi üçün cinayət məsuliyyətindən azad edilib.

Onun barəsində tibbi xarakterli məcburi müalicə təyin edilib və müalicəsi Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.

Qeyd edək ki, hadisə silahlı insident 2018-ci il iyunun 7-də Cəlilabad rayon sakinləri arasında baş verib. Naməlum şəxslər Cəlilabad şəhər sakini, kriminal aləmdə "Şahin” kimi tanınan Şahin Həsənovun yaşadığı evin qarşısına gələrək odlu silahdan giriş qapısına və divarlarına atəş açıb və hadisə yerindən qaçaraq uzaqlaşıblar.

Cəlilabad rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirləndirilən İlqar Həsənov saxlanılıb.

Bundan başa "Şahin” kimi tanınan rayon sakini, 1961-ci il təvəllüdlü Şahin Əliqulu oğlu Həsənov, onun qardaşı Səxavət Həsənovun evində axtarış aparılıb. Axtarış zamanı "Şahin”in evində xeyli sayda silah-sursat aşkarlanıb.

Polis tərəfindən Ş. Həsənov və S. Həsənov da saxlanılıb. Saxlanılanlardan İlqar Həsənovun cinayət işinin istintaqı ayrı icraatda aparılıb.

Ona Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki daha çox şəxsi öldürməyə cəhd), 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham verilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol