• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana gələn yük qatarları hər gün dezinfeksiya olunur - RƏSMİ AÇIQLAMA

Azərbaycana gələn yük qatarları hər gün dezinfeksiya olunur - RƏSMİ AÇIQLAMA
24.02.2020 14:16
Son günlər Çində və bir sıra ölkələrdə qeydə alınmış koronavirusun törətdiyi kəskin yoluxucu xəstəliyin yayılması ilə əlaqədar Səhiyyə Nazirliyinin tədbirlər planına əsasən, ölkəmizdə də qabaqlayıcı tədbirlər davam etdirilir.

"Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən BAKU.WS-ə verilən xəbərə görə, dəmir yolu insanların kütləvi istifadə etdiyi nəqliyyat vasitəsi olduğundan burada sanitariya-epidemioloji tədbirlər daha da gücləndirilib.

Bununla bağlı "Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidməti tərəfindən hazırlanan Tədbirlər Proqramına əsasən, sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi əməl edilməsi yoxlanılır. Dəmir yolu ərazisindəki bütün obyektlərin profilaktik və cari dezinfeksiyası aparılır.

"Azərbaycan Dəmir Yolları” QSC-dən BAKU.WS-ə daxil olan məlumatda həmçinin qeyd olunur ki, ölkədaxili və beynəlxalq istiqamətdə hərəkət edən qatarlarda lazımi tədbirlər görülür: "Həmçinin sərhəd-keçid məntəqələri gücləndirilmiş rejimdə çalışır. Sərhəd-keçid məntəqələrindən ölkəmizə daxil olan yük qatarlarının bütün vaqonları, eləcə də ölkədaxili və beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarları (sərnişinlər vaqonları tərk edəndən sonra) hər gün dezinfeksiya olunur. Bütün sərnişin qatarlarının vaqonları tibbi qutularla, bələdçi heyəti qoruyucu maska və əlcəklə təmin olunub.

Hər hansı xəstəliyə yoluxmaqda şübhəli bilinən şəxs aşkarlanarsa, bu barədə məlumatlar dərhal Həkim-Sanitar Xidmətinə təqdim olunacaq. Dəmir yolu vağzallarının radio qovşaqları vasitəsilə sərnişinlər ümumi gigiyena qaydaları barədə müntəzəm məlumatlandırılır".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol