Sabah hava necə olacaq?

Avqustun 1-də Bakı və Abşeron yarımadasında gün ərzində hava şəraitinin yağmursuz olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova ANN.Az-a açıqlamasında bildirib ki, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 30-35 dərəcə isti olacaq. Sabah Azərbaycanın əksər rayonlarında yağmursuz hava şəraiti müşahidə olunacaq. Cənub-şərq küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacaq. Tibbi meteoroloji proqnoza gəlincə, həftənin sonunadək Abşeron yarımadasında isti diskomfort hava şəraiti davam edəcək.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























