• $
  • €
  • ₽
  • ₺
  • £

İqor Ponomaryov: "Prezidentin "Şöhrət" ordeni yubileyimə çox gözəl hədiyyə oldu"

İqor Ponomaryov: "Prezidentin "Şöhrət" ordeni yubileyimə çox gözəl hədiyyə oldu"
24.02.2020 22:00
Bu, mənim üçün sevindirici xəbər oldu. Təltif olunduğumu ilk dəfə sizdən eşitdim. Möhtəşəm hisslər keçirirəm. Təbriklərə görə çox sağ olun". 


Bunu "Report"a açıqlamasında Azərbaycanın futbol üzrə yeganə olimpiya çempionu və "Sabah" klubunun Müşahidə Şurasının üzvü İqor Ponomaryov Prezident İlham Əliyev tərəfindən "Şöhrət" ordeni ilə təltif olunmasına dair təəssüratlarını bölüşərkən deyib. 


Veteran futbolçu 60 yaşının tamamlandığı gün onu fəxri ada layiq gördüyü üçün dövlət başçısına təşəkkürünü bildirib: "Futbolun inkişafında, idman hərəkatındakı xidmətlərimi qiymətləndirdiyi üçün cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm. Bu, mənim üçün çox gözəl hədiyyə oldu. Bir daha böyük diqqətə görə İlham Əliyevə təşəkkür edirəm. Belə bir ordenə layiq görülmək mənim üçün şərəfdir".


Hazırda İspaniyada olan İ.Ponomaryov yubileyini ailəsi ilə birgə qeyd edəcəyini vurğulayıb: "Bilirsiniz, Azərbaycanla İspaniya arasında 3 saatlıq fərq var. Səhəri məhz belə bir xoş xəbərlə açdım. 2019-cu ilin dekabrında "Sabah"ın baş məşqçi postunu tərk etdikdən sonra İspaniyaya gəlmişik. Burada biznesim var. Hazırda Malaqa şəhərindəyəm. Doğum günümü də elə burada ailəmlə qeyd edəcəyəm". 


Məşhur penalti ustası "Sabah"ı izlədiyini desə də, komandanın çıxışını şərh etmək istəməyib: "Çünki indi bunun yeri deyil. Mənə xoş xəbər verdiniz. Bir daha sizə minnətdarlığımı bildirirəm. "Sabah" haqqında başqa vaxt danışarıq". 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol