• $
  • €
  • ₽
  • ₺
  • £

Çin liderindən İlham Əliyevə koronavirusla bağlı məktub

Çin liderindən İlham Əliyevə koronavirusla bağlı məktub
25.02.2020 17:22
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

"Yeni Sabah" xxəbər verir ki, Çin rəhbəri məktubunda koronovirus haqda yazıb:

"Yeni tip koronavirusun səbəb olduğu epidemiya ilə əlaqədar başsağlığı məktubuna, habelə Çin hökumətinin bu epidemiyaya qarşı mübarizədə gördüyü müxtəlif tədbirlərin yüksək qiymətləndirilməsinə görə Sizə səmimi minnətdarlığımı bildirməyi özümə şərəf hesab edirəm.

İndiki məqamda Çin xalqının epidemiyaya qarşı mübarizəsi davam edir. Çin tərəfi bu xəstəlik üzərində qələbə çalacağına əmindir və buna qadirdir. Biz beynəlxalq birliklə birgə səylər göstərməyə və qlobal ictimai səhiyyə işinə yeni töhfə verməyə hazırıq.

Sizinlə ötən ilin aprelində baş tutan görüşümüzün təəssüratları hələ də xatirimdədir. İkitərəfli münasibətlərimizin inkişafına dair tərtib etdiyimiz planlar reallaşdırılır və onların dinamik inkişafının müsbət meyli müşahidə olunur. Mən cari ildə də Çin-Azərbaycan münasibətlərinin yeni pilləyə yüksəlməsi üçün Sizinlə sıx əlaqə saxlayacağam.

Sizə möhkəm cansağlığı və firavanlıq, dost Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol