• $
  • €
  • ₽
  • ₺
  • £

BŞBPİ-də Xocalı qurbanları yad edilib

BŞBPİ-də Xocalı qurbanları yad edilib
25.02.2020 20:00
Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib. 

BŞBPİ-dən APA-ya verilən məlumata görə, fevralın 25-də keçirilən mərasim soyqırımı qurbanlarının və ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Anım mərasimində çıxış edən Bakı şəhər BPİ-nin rəis müavini, polis polkovniki Nurullah Məmmədxanlı Xocalı faciəsinin qanlı cinayət hadisələrindən biri kimi tarixə düşdüyünü bildirib. Rəis müavini qeyd edib ki, 28 il əvvəl erməni silahlı dəstələri dinc əhaliyə divan tutub. Bu qırğın nəticəsində 613 nəfər həlak olub. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qoca idi, 8 ailə tamamilə məhv edilib. 

Daha sonra Baş İdarə rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi, polis polkovniki Əli Vəliyev faciə ilə bağlı ətraflı çıxış edib. Mərasim iştirakçılarının nəzərinə çatdırılıb ki, Azərbaycan dövləti və hökuməti, Heydər Əliyev Fondu və digər qeyri-hökumət təşkilatları, diaspor qurumları Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atır. 

Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri yada salınıb, məhz ulu öndərin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin Xocalı soyqırımının müzakirəsinə həsr olunan xüsusi iclasının keçirildiyi, hər il fevralın 26-nın "Xocalı soyqırımı günü” kimi qeyd olunması barədə qərar qəbul olunduğu diqqətə çatdırılıb. Xüsusilə vurğulanıb ki, bu gün əmin-amanlıq və yüksək sabitlik şəraitində inkişaf edən Azərbaycanın bir daha faciələrlə üzləşməməsi üçün xalqımız ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşib, onun siyasətini dəstəkləyir. 

Mərasimə yekun vuran rəis müavini Nurullah Məmmədxanlı ərazi bütövlüyümüzün tezliklə bərpa olunacağına əminliyini bildirib, bunun üçün sabitliyin, ictimai təhlükəsizliyin etibarlı qorunmasının əhəmiyyətli olduğunu vurğulayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol