• $
  • €
  • ₽
  • ₺
  • £

Harvi Vaynşteyn Nyu-York məhkəməsində iki ittiham üzrə təqsirli bilinib

Harvi Vaynşteyn Nyu-York məhkəməsində iki ittiham üzrə təqsirli bilinib
25.02.2020 22:30
Nyu-York məhkəməsi Hollivud prodüseri Harvi Vaynşteyni irəli sürülən ittihamların beş bəndindən ikisində - təcavüz və cinsi zorakılıqda təqsirli bilib.

APA "RİA Novosti”yə istinadən xəbər verir ki, məhkəmə 2013-cü ildə bir qadına qarşı təcavüz və 2016-cı ildə baş bir qadına qarşı cinsi zorakılıq iddialarına baxıb. Prodüserə qarşı Kaliforniyada da məhkəmə iddiası qaldırılıb.

Bu ittihamlar əsasında onu 5 ildən 25 ilədək həbs gözləyir. Prodüserin vəkilləri isə məhkəmənin qərarı ilə razılaşmır və onlar məhkəmə qarşısında vəsatət qaldıracaqlar.

Qeyd edək ki, bir çox məşhurlar onu cinsi zorakılıqda ittiham etməyə başladığı zamandan bəri Harvi Vaynşteyn ətrafında qalmaqal səngimir. Prodüserin əməlindən zərər çəkmiş şəxslər 30-dan çox aktrisa və iş yoldaşları olub. Qalmaqal böyüdükdən sonra Vaynşteyn öz şirkətindən də qovulub.




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol