• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” 4G istifadəçilərinin sayı 1 milyonu ötüb!

“Nar” 4G istifadəçilərinin sayı 1 milyonu ötüb!
25.02.2020 18:13
Müştərilərinə hər zaman keyfiyyətli şəbəkə təcrübəsi təqdim edən "Nar”ın, 4/4.5G şəbəkəsinə qoşulan və aktiv şəkildə istifadə edən abunəçilərinin sayı 1 milyonu ötüb. Son bir ildə Bakı və regionlarda quraşdırılmış 1000-dən çox yeni LTE/LTE-A texnologiyalı baza stansiyaları sayəsində "Nar”ın ümumilikdə 4G istifadəçilərinin sayı iki dəfə artıb.

Mobil operator paytaxtla yanaşı, regionlarda da şəbəkəsinin gücləndirilməsinə hər zaman xüsusi önəm verib. Belə ki,  təkmilləşmə işləri nəticəsində, ötən illə müqayisədə müxtəlif bölgələr üzrə 4G istifadəçilərinin sayında 101% artım qeydə alınıb. 4G şəbəkəsinə qoşulan 1 milyonuncu istifadəçi də məhz region sakini - Oğuz rayonundan Müşviq Babayev olub. "Nar”ın Baş İcraçı direktoru Qunnar Panke tərəfindən "Nar”ın baş ofisində qarşılanan 1 milyonuncu 4G istifadəçisinə ən son model dəyərli smartfon hədiyyə edilib.

"Keyfiyyətli və yüksəksürətli LTE/LTE-A şəbəkəsinin daha da genişləndirilməsi müştəriyönümlü biznes yanaşmamızın əsas istiqamətlərindəndir. Ən gənc mobil operator olaraq, mühüm bir nailiyyətimizi qeyd edirik. Belə ki, 4G şəbəkəmizdən yararlanan abunəçilərimizin sayı artıq 1 milyonu ötüb. Bu isə hər iki "Nar” abunəçisindən birinin aktiv 4G istifadəçisi olması deməkdir. "Nar”ın müştərilər tərəfindən yalnız rahat və sərfəli məhsullar üçün deyil, həm də keyfiyyətli şəbəkəsinə görə seçilməsi bizi sevindirir”, - deyə Qunnar Panke bildirib. 

"Nar”ın 4G abunəçilərinin sayının artmasına ölkə arazisində yeni baza stansiyalarının quraşdırılması, mobil operatorun təqdim etdiyi paketlər və tariflər, eləcə də 4G smartfon penetrasiyasının artımı təsir edib. "Nar” artıq 54 bölgə mərkəzini 4G şəbəkəsi ilə təmin edib ki, bu da coğrafi ərazi əhatəsini 76%-ə qaldırıb. Hazırda "Nar”ın 4G şəbəksi ölkə əhalisinin 93,2%-ni əhatə edir. 

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,9%-ni əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir. 





www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol