Azərbaycanda xərçəng xəstəsi olan qadın özünü quyuya atdı

Masallı rayonunda xərçəng xəstəsi olan qadın intihar edib.
www.anews.az
Anews.az-ın xəbərinə görə, hadisə fevralın 25-i günorta saatlarında rayonun Kubin kəndində baş verib.
Kənd sakini, 49 yaşlı Vəzifə Babayeva qonşusu Asif Nəzərova məxsus, heç kimin yaşamadığı evin həyətindəki quyuya özünü ataraq intihar edib. O, kənd sakinləri tərəfindən quyudan çıxarılıb.
V.Babayeva uzun müddət ağciyər xərçəngindən əziyyət çəkib. Faktla bağlı Masallı Rayon Prokurorluğunda özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb.Qafqazinfo
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























