Bakıda gəlindən qayınanasına qarşı dəhşətli əməl - TƏFƏRRÜAT

Bakıda qayınanasını qətlə yetirməkdə təqsirli bilinən Mədinə Qreçnevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Rasim Sadıqovun icraatına verilib.
Qey edək ki, hadisə ötən il paytaxtın Xətai rayonu Lütfüzadə küçəsi 3, mənzil 91 ünvanında baş verib.
70 yaşlı Valentina Qreçnevanın oğlu işdən evə qayıdarkən anasının qan içində olduğunu görüb.Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları qadının başında bir neçə xəsarət aşkar ediblər.
Ailənin gəlini Mədinə Qreçnevanın evdə olmaması polisdə onun öldürərək qaçması şübhəsini yardıb.
Mədinə Qreçneva cinayəti törətdiyini etiraf edib. O, hadisə baş verməzdən əvvəl qayınanası ilə mübahisə etdiyini vurğulayıb.
Münaqişəsi zəminində gəlin qayınanasını başına butulka ilə vuraraq öldürüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























