• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 3 nəfərin güllələnməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATI

Azərbaycanda 3 nəfərin güllələnməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATI
29.05.2020 06:22
Bu gün Masallı rayonunda törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, rayonun Təzəkənd kəndində qətlə yetirilən şəxslərin adları məlum olub. Belə ki, kənd sakini Ağayev Sərxan Azayxan oğlu avtomatla yaşadığı evin həyətində həyat yoldaşı, 1999-cu il təvəllüdlü Nəbiyeva Alimə Əli qızını qaynı, 1995-ci il təvəllüdlü Nəbiyev Miralim Əli oğlunu və qayınanası, 1977-ci il təvəllüdlü Nəbiyeva Zemfira Ələsgər qızını güllələyib. O, daha sonra avtomatla öz sifət nahiyəsinə atəş açıb. Miralim və Alimə aldıqları xəsarətlərdən xəstəxanaya yerləşdirilib və orada keçiniblər. Sarvan Ağayevin vəziyyətinin kritik olduğu və yaşamaq şansının olmadığı, Z.Nəbiyevanın vəziyyətinin isə ağır olduğu bildirilib.

İlkin araşdırma zamanı məlum olub ki, bir müddət əvvəl A.Nəbiyeva S.Ağayevdən boşanmaqla bağlı məhkəməyə müraciət edib və uşağa görə aliment kəsilib. Bu gün isə gəlinin ailə üzvləri onun cehizini aparmaq üçün Sarvangilin həyətinə gəlib. Bu zaman S.Ağayev avtomatla atəş açmağa başlayıb və dəhşətli hadisə baş verib.

Publika.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi digər məlumata görə, hadisəni törədən S.Ağayev daha əvvəl məhkumluq həyatı yaşayıb. Belə ki, o, Alimə Nəbiyevanı zorladığı üçün barəsində Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsi ilə iş açılıb və 9 il müddətinə həbs edilib. 6 il həbsxanada qalandan sonra Sarvan Ağayev azadlığa çıxıb və Alimə ilə evlənib. Lakin bundan sonra da, onların arasında münasibətlər düzəlməyib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol