• $
  • €
  • ₽
  • ₺
  • £

Parlament Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib? - AÇIQLAMA

Parlament Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib? - AÇIQLAMA
26.02.2020 18:10
Ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımından 28 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə qarşı soyqırımı törədib.

Soyqırım nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 487 nəfər, o cümlədən 46 uşaq yaralanıb. 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Bəs görəsən, Azərbaycan parlamenti soyqırıma hüquqi-siyasi qiymət veribmi?

Məsələ ilə bağlı politoloq Zərdüşt Əlizadə ilə danışdıq.

Politoloq deyir ki, hakimiyyət l bu məsələnin tam açılmasında maraqlı deyil.

Onun sözlərinə görə, məsələ tam aydınlaşsa, bir çox adam ifşa olunacaq.

"Xocalı soyqırım tam olaraq Ayaz Mütəllibovun cəsarətsizliyindən, Mütəllibov hakimiyyətinin səriştəsizliyindən baş verdi. Eyni zamanda, AXC-nin də maraqlarında idi ki, Mütəllibov hakimiyyəti devrilsin və onlar üçün yaşıl işıq yansın. Ona görə də müxtəlif formada təxribatlar hazırlanırdı. Mən o vaxt bunu deyəndə, məni ruspərəstlikdəgünahlandırırdılar, ancaq bütün dediklərimin fonunda erməni hərbi birləşmələri və Rusiyanın 366-cı motoatıcı alayı Xocalıya girdi və soyqırım baş verdi. Ondan sonra da hakimiyyət sırf siyasi maraqlar səbəbindən məsələyə hüquqi-siyasi qiymət verməkdə maraqlı olmadı. İndi də maraqlı deyil. Çünki bu hadisəyə hüquqi-siyasi qiymət verilsə, bir çox məsələ faş olunacaq”, - deyə politoloq Zərdüşt Əlizadə bildirib.

Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili, politoloq Elman Nəsirov isə deyilənləri təkzib edir.

Onun sözlərinə görə, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, onun təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib.

"Xocalı faciəsi özünün əsil hüquqi-siyasi qiymətini Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra aldı. Soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində addımlar atıldı. Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı soyqırımı (genosidi) günü haqqında” qərar qəbul etdi, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini çatdıraraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırdı. Qəbul edilmiş qərara əsasən, Azərbaycan və bəşər tarixinin qanlı səhifələrindən biri olan bu hadisələr hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Ondan sonrakı dövürdə də Azərbaycanın prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva Xocalı həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı böyük işlər görüblər” ,deyə Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili, politoloq Elman Nəsirov bildirib.

Həzi



 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol